Əsas məzmuna keç
RRY GROUP

Videomüşahidə sistemləri

Ofis, mağaza, anbar və digər obyektlər üçün IP və analoq kamera sistemlərinin sıfırdan qurulması, sazlanması və dəstəklənməsi.

Beton tavana quraşdırılmış günbəzvari kamera

Xidmətə daxildir

  • Obyektin ehtiyaclarının qiymətləndirilməsi, kamera nöqtələrinin və baxış sahələrinin planlaşdırılması.
  • IP və analoq kameraların quraşdırılması və ilkin sazlanması.
  • DVR, NVR və müvafiq qeydiyyat avadanlığının quraşdırılması və konfiqurasiyası.
  • Kamera üçün kabel xətlərinin, şəbəkə bağlantılarının və PoE infrastrukturunun yaradılması.
  • Qeydiyyat rejimi, görüntü keyfiyyəti, tarix/saat və videoarxiv parametrlərinin sazlanması.
  • İcazələrə uyğun lokal və uzaqdan izləmə imkanlarının qurulması.
  • Yaddaş tutumu və videoarxiv saxlama müddətinin ehtiyac əsasında planlaşdırılması.
  • Mövcud sistemlərin genişləndirilməsi, yenilənməsi və nasazlıqların diaqnostikası.
  • Quraşdırmadan sonra istifadəçi təlimatlandırılması və texniki dəstək.

Müştəri üçün fayda

Obyektə uyğun vahid müşahidə sistemi, daha rahat idarəetmə və texniki problemlərə operativ müdaxilə imkanı.

Axşam saatlarında dənizə baxan iclas otağı

Bu xidmət barədə danışaq

Obyektiniz və tələbləriniz barədə məlumat verin, uyğun həlli birlikdə müəyyənləşdirək.