Planlaşdırmadan texniki dəstəyə qədər bir tərəfdaş

RRY GROUP Bakıda yerləşən IT infrastrukturu şirkətidir. Bizneslər üçün videomüşahidə, girişə nəzarət, server, şəbəkə və ofis IT sistemləri qurur, printerləri quraşdırıb onlara xidmət göstərir, veb-sayt və korporativ e-poçt həlləri hazırlayır, sonra isə onlara texniki dəstək veririk.

Yanaşmamız
Ehtiyacdan başlayırıq
Avadanlıq seçməzdən əvvəl obyekti, tələbləri və layihənin həcmini qiymətləndiririk.
Sistemləri birlikdə planlaşdırırıq
Kamera, girişə nəzarət, şəbəkə və server ayrı-ayrı həllər deyil, bir mühitin hissələridir.
Yoxlayır və sənədləşdiririk
İstifadəyə vermədən əvvəl sistemlər yoxlanılır, sənədləşdirilir və istifadəçilər təlimatlandırılır.
Sonra da dəstək veririk
Razılaşdırılmış xidmət həcmi çərçivəsində uzaqdan və yerində texniki dəstək davam edir.
Texniki imkanlar
- Müşahidə
- IP və analoq kameralar, DVR, NVR, PoE, videoarxiv
- Girişə nəzarət
- Üz tanıma cihazları, giriş icazələri, davamiyyət hesabatları
- Server və yaddaş
- Windows Server, Active Directory, DNS, DHCP, GPO, NAS, backup
- Şəbəkə
- LAN, Wi-Fi, VLAN, firewall, VPN, strukturlaşdırılmış kabel xətləri
- Printerlər
- Şəbəkə və Wi-Fi printerləri, profilaktik baxım, mürəkkəb və toner kartricləri
- Veb
- Domen, DNS, hosting, SSL/HTTPS, texniki SEO
- E-poçt
- MX, SPF, DKIM, DMARC, IMAP, SMTP

Layihənizi müzakirə edək
Obyektiniz və ehtiyacınız barədə danışın, növbəti addımı birlikdə müəyyənləşdirək.








